Musanın komandası yarımfinalda
10.03.2024 - 20:50
İsveç kubokunda 1/4 final mərhələsinin oyunları baş tutur.
Apasport.az xəbər verir ki, millimizin futbolçusu Musa Qurbanlının çıxış etdiyi “Yurqorden” də növbəti oyununu keçirib.
Komanda “Deqerfors”u qəbul edib. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qurbanlı matçı ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, “Yurqorden” yarımfinalda AİK-lə üz-üzə gələcək. Oyun martın 17-də baş tutacaq.
- Andrey Lunyov: "Hər oyuna xüsusi motivasiya ilə çıxıram"
- Fərid Namazov: "Normalda bu aylarda qarşılaşmalar ən tez saat 4-5-də start götürməlidir"
- “Bavariya”da yeni müqavilə
- ÇL: “Atletiko”dan əzmkar qələbə, “Barselona” məğlub oldu - YENİLƏNİB
- Tərlan Əhmədov Azərbaycan millisinə inanır: “Üstünlüyün bizim tərəfimizdə olduğunu düşünürəm”
0
0