“Neftçi” istəmədi, 2 müştəri çıxdı -  EKSKLÜZİV
13.06.2025 - 20:59
“Neftçi” istəmədi, 2 müştəri çıxdı -  EKSKLÜZİV

“Neftçi”nin yollarını ayırdığı Azər Salahlıya iki bölgə klubu təklif göndərib.

Apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar”ın heyətdə saxlamaq istəmədiyi müdafiəçi Qərb təmsilçilərindən birinin formasını geyinə bilər.

Belə ki, “Turan Tovuz”un transfer siyahısında yer alan Salahlıya birdən-birə “Kəpəz” də elçi düşüb. 

Gəncə təmsilçisi Turan Manafovun gedişindən sonra bu mövqeni Salahlı ilə gücləndirmək istəyir.