Mövsümə uğursuz start verən “Neftçi”də ayrılıqlar davam edəcək.
Apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar” yerli futbolçular arasında da göndəriləcək oyunçuları müəyyənləşdirib.
Roman Qriqorçuk milli komandamızın da üzvü olan Höccət Haqverdinin xidmətində maraqlı deyil. Ukraynalı mütəxəssis qışda Höccətlə yolların ayrılmasına, əvəzinə yeni oyunçunun transferinə göstəriş verib.
“Neftçi”nin qışda vidalaşmağa yaxın olduğu futbolçulardan biri də Rəhman Hacıyevdir. Klubun yarımmüdafiəçini Premyer Liqa təmsilçilərindən birinə icarəyə göndərəcəyi gözlənilir.
Xatırladaq ki, “ağ-qaralar” ötən həftə vitse-kapitan statusunu Rəhman Hacıyevdən alaraq Yuri Matiasa təqdim edib.
- Saşa Yunisoğlu: "Rəqiblər bizimlə oynayanda sevinirlər"
- Qurban Qurbanov: “Bunlar elə elementlərdir ki, aradan qaldırmaq rahatdır”
- Aydın Bayramov: “Burda hər komanda istədiyi kimi oyun sərgiləyə bilmir”
- Elmar Baxşıyev: “Komandanın mübarizəsi məni qane etdi”
- Elvin Yunuszadə: "Böyük kluba qarşı oynayacağıq" - MÜSAHİBƏ