"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb.
Bakı təmsilçisi "Universitatya"nın yarımmüdafiəçisi Takuto Oşima ilə yaxından maraqlanır.
Krayova klubu orta xətt oyunçusu ilə yollarını ayırmağa hazırdır. Lakin rumıniyalılar onun transferindən 500 min avro qazanmaq niyyətindədirlər.
"Neftçi" isə artıq danışıqlar prosesinə start verib. Hazırda tərəflər arasında müzakirələr davam edir. "Ağ-qaralar" "Universitatya"nın istədiyi məbləği ödəməyə razılaşarsa, Oşimanı heyətinə qatacaq.
Qeyd edək ki, Takuto ötən ilin yayında "Krayova"dan "Universitatya"ya keçib. Onun transfer dəyəri 1,2 milyon avro olaraq qiymətləndirilir.
- Erik Ramos: "Çempionata bu cür başlamaq turnirlə çox erkən vidalaşmaq deməkdir" - MÜSAHİBƏ
- “Formula 2”: Zəncirvarı qəza baş verib
- "Formula-1" Azərbaycan Qran-prisi: Bakı Şəhər Halqasında Heyrətamiz Yarış
- Sərxan Hacıyev: “Yaxın günlərdə müəyyən qərarlar veriləcək“
- Vasili Berezutski: “Qarabağ”ı favorit hesab edirəm”