“Qarabağ” Ağdama qayıdır - FOTO
25.06.2025 - 09:09
“Qarabağ” Ağdama qayıdır - FOTO

Bu gün "Qarabağ" FK-nın Gənclər və İdman Nazirliyi ilə birgə təşkilatçılığı ilə Şuşa, Xankəndi, Ağdam və Füzuli sakinləri ilə görüşü baş tutacaq.

Apasport.az xəbər verir ki, “köhlən atlar” hazırda Füzuli hava limanına eniş edib. 

Klub üzvləri ilk olaraq Şuşa şəhərinə yollanacaqlar. Şuşa stadionunda azarkeşlərlə görüş təşkil olunacaq.

Daha sonra “Qarabağ” Xankəndiyə yollanacaq. Burada Qarabağ Universiteti ilə tanışlıq və tələbələrlə görüş keçiriləcək.

Növbəti dayanacaq Ağdam olacaq. Klub şəhər sakinləri ilə görüşəcək və "İmarət" Kompleksinə baxış keçiriləcək.

Ardınca “köhlən atlar” Füzuliyə qayıdacaq. Şəhər mərkəzində yerli sakinlərlə görüş və Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbə gəzinti baş tutacaq.