“Qarabağ”ın monteneqrolusunun durumuna aydınlıq gəldi: KOMANDADA QALACAQ?
07.04.2025 - 11:51
“Qarabağ” yay transfer dönəmi üçün çalışmalara başlayıb.
Apasport.az saytının əldə etdiyi məlumata görə, klub Marko Veşoviçlə bağlı qərarını verib.
Ağdam təmsilçisi monteneqrolunun çıxışından məmnundur.
Tək mənfi nüans futbolçunun zədəyə meylli olmasıdır. Tez-tez zədələnən müdafiəçi cari mövsümün təxminən yarısında meydana çıxa bilməyib.
Buna baxmayaraq, klub Veşoviçi heyətində saxlamaq niyyətindədir. Müqaviləsi yayda bitən oyunçuya yeni sözləşmə təklif olunacaq.
Onun özünün də komandada qalmaq istədiyi bildirilir.
Qeyd edək ki, Marko 2021-ci ilin yayından “Qarabağ”ın şərəfini qoruyur.
- Vasili Berezutski: “Çox qol buraxırıq”
- “Qalatasaray”ın futbolçusu İspaniya yolunda
- Zaur Tağızadə: Azərbaycan Futbolunun "Qızıl Oğlan"ı
- Medina Qarabağ haqda: "İnsanların bizə sevgisini baxışlarından hiss edirik"
- Avropa klubunun rəsmisindən Yusif İmanov transferinə münasibət: "Biz onun klubuna təklif göndərdik"
0
0