"Qarabağ" nəhayət ki, Kamilo Duranı Bakıya gətirib.
Apasport.az saytına verilən məlumata görə, kolumbiyalı artıq paytaxtımıza təşrif buyurub.
Futbolçu tibbi müayinədən uğurla keçib. O, bir neçə dəqiqə öncə "Qarabağ"ın Suraxanıda yerləşən bazasına dəvət edilib. Klubun bazası və stadionu ilə tanış olan Duran yaxın dəqiqələrdə klubla rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, 23 yaşlı futbolçunun “Portimonense” ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədər idi.
Əlavə edək ki, komandanın baş məşqçisi Qurban Qurbanov da bu gün keçirilən mətbuat konfransında Duranın Bakıya gəldiyini təsdiqləmişdi.
- "Qarabağ"ın "Nyukasl"la oyunöncəsi "Neftçi" matçı təxirə salınır? - EKSKLÜZİV
- UFC 325: Fiziev üçün ağır son - İKİNCİ RAUNDDA NOKAUT
- "Qəbələ" Premyer Liqa sevincini belə yaşadı - VİDEO
- Avropa klubunun rəsmisindən Yusif İmanov transferinə münasibət: "Biz onun klubuna təklif göndərdik"
- AFFA-ya məsləhət: Aqil Nəbiyevi klonlayaq!