Premyer Liqanın XXI turunun ikinci oyun gününə Qəbələdə yekun vurulub.
Apasport.az xəbər verir ki, autsayder "Qəbələ" "doğma divarlar" arasında liderlər qrupunda yer alan "Zirə"ni qonaq edib.
Elitada qalmaq istəyən "qırmızı-qaralar" üçün artıq bütün qarşılaşmalar həyati əhəmiyyət daşıyır. Bu üzdən Elmar Baxşıyev və komandasının meydana yalnız qələbə üçün çıxacağı dəqiqdi. Qonaqlar isə ilk "üçlük"də qərarlaşan komandalardan çox aralı düşməmək 3 xalı hədəfləyib.
Qeyd edək ki, tura sabah keçiriləcək "Kəpəz" - "Araz-Naxçıvan" matçı ilə yekun vurulacaq.
Misli Premyer Liqası
XXI tur
17:30. "Qəbələ" – "Zirə" 1:1
Qollar: Ülvi İsgəndərov, 14 - İlkin Muradov, 19
Hakimlər: Rəşad Əhmədov, Şirmamed Mamedov, Asiman Əzizli, Nicat İsmayıllı
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Qəbələ. Şəhər stadionu