“Qəbələ”nin futbolçusu Millətlər Kubokunda fərqləndi
15.01.2024 - 00:35
"Qəbələ"nin futbolçusu Klesio Bauk fərqlənib.
Apasport.az xəbər verir ki, o, Mozambik millisində qol vurub.
Forvard Afrika Millətlər Kubokunun B qrupunun ilk turunda Misirə qarşı matçda fərqlənib. 29 yaşlı hücumçu 58-ci dəqiqədə komandasının 2-ci qolunun müəllifi olub. Görüş 2:2 hesabı ilə başa çatıb. Misir heç-heçə qolunu 90+7-ci dəqiqədə penaltidən vurub.
0
0