Ramalinqom üçün yeni təklif: QOL SİLAHININ TALEYİ MÜƏYYƏNLƏŞİR
09.02.2026 - 13:47
“Sumqayıt”ın hücumçusu Aleksandr Ramalinqomun gələcəyinə aydınlıq gəlib.
Apasport.az saytının əldə etdiyi məlumata görə, “kimyaçılar” Madaqaskar əsilli fransalı futbolçunu komandada saxlayacaq.
“Gənclik şəhəri” təmsilçisinin baş məşqçisi Saşa İliç 32 yaşlı hücumçunun bu mövsüm göstərdiyi oyundan tam razıdır. Ona yeni müqavilə təklif olunub.
Hazırda tərəflər arasında sözləşmənin imzalanması ilə bağlı danışıqlar aparılır.
Qeyd edək ki, Ramalinqomun mövcud müqaviləsi cari mövsümün sonunda başa çatır.
- Veysəl Rzayev: "Təəssüf edirəm ki, avrokubok şansını əldən qaçırdıq"
- "Qarabağ" "Sumqayıt" matçının hakim təyinatları açıqlandı
- Aleksey İsayev: “Qarabağ”a keçən hər bir futbolçu irəli addım atır”
- Meydanın haqqı masa arxasında silinir: “Turan Tovuz” ədalət axtarır
- "Real" və "Vilyarreal"dan səfər qələbəsi
0
0