Renat Dadaşovun komandası "Konyaspor"a uduzdu
24.02.2024 - 22:51
Renat Dadaşovun komandası "Konyaspor"a uduzdu

Türkiyə Super Liqasında 27-ci turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, millimizin futbolçusu Renat Dadaşovun şərəfini qoruduğu "Hatayspor" da növbətinə matçına çıxıb.

Komanda "Konyaspor"la qarşılaşıb. Görüş "ağ-yaşıllar"ın qələbəsi ilə nəticələnib - 2:0.

Yığmamızın üzvü matça ehtiyat oyunçular skamyasında başlayıb. Renat görüşün 71-ci dəqiqəsində, meydana daxil olub.

Qeyd edək ki, “Hatayspor” 29 xalla 14-cü pillədə qərarlaşıb

 

writer photo
İsmayıl Xeyrullayev
0