Renat oynadı, komandası heç-heçə etdi
10.01.2024 - 20:52
Türkiyə Superliqasında 16-cı turdan təxirə salınmış matç keçirilib.
Apasport.az xəbər verir ki, millimizin forvardı Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" "Qaziantep"lə qarşılaşıb.
Görüşdə hesab açılmayıb - 0:0. Yığmamızın üzvü 46-cı dəqiqədə meydana çıxıb və sonadək oynayıb.
Qeyd edək ki, "Hatayspor" 19 turdan sonra 20 xalla turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.
0
0