Renatın komandasından böyükhesablı qələbə
17.03.2024 - 20:21
Türkiyə Superliqasında 30-cu tur davam edir.
Apasport.az xəbər verir ki, millimizin futbolçusu Renat Dadaşovun şərəfini qoruduğu "Hatayspor" da növbəti matçını keçirib.
Komanda "Samsunspor"u qəbul edib. Görüş hataylıların qələbəsi ilə nəticələnib - 3:0. Dadaşov qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, “Hatayspor” 33 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
- Hakman "Turan Tovuz"dan ayrılacaq? - DURUMUNA AYDINLIQ GƏLDİ
- "Sabah"ın 111 yaşlı rəqibi: Bolqarıstan futbolunun xalq klubu
- Benzia "Qarabağ"dan gedir? - ÖZƏL
- FIA 2025-ci il Formula 1 Dünya Çempionatı üçün media akkreditasiya qaydalarını açıqlayıb
- “Karvan” Premyer Liqaya doğru – Yevlax futboluna yeni nəfəs
0
0