"Sabah"ın matçının saatı bəlli oldu
11.01.2024 - 20:55
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, rəqib Ukraynanın “Vorskla” klubu olacaq.
Matç yanvarın 14-də Bakı vaxtı ilə saat 18:00-da (yerli vaxtla saat 17:00) başlayacaq. Görüş Hüseyn Aygün Futbol Mərkəzinin stadionunda baş tutacaq.
Qeyd edək ki, "Sabah" ilk yoxlama oyununda Rumıniya "Rapid"ini 2:1 hesabı ilə məğlub edib.
- "Cəbrayıl"ın baş məşqçisi: "Əsas olan komandanın sxemasını formalaşdırmaqdır"
- Adil Şükürov: “Gözlədikləri “Kəpəz”i görəcəklər”
- Vitali Borisov: “Uşaqlar hansı tapşırıqları vermişdimsə, icra etdilər”
- Benziaya Türkiyədən təklif: Qərarı böyük ölçüdə bəllidir
- "Neftçi"dən transfer qərarı: İNGİLTƏRƏLİ HÜCUMÇU...
0
0