Şahin Diniyev: “İnanırdım ki, qələbə qazanacağıq”
03.03.2024 - 19:26
Şahin Diniyev: “İnanırdım ki, qələbə qazanacağıq”

"Çox gərgin matç idi. Yaxşı komandaya qarşı oynadıq. Bizim ən böyük üstünlüyümüz əks-hücumlar idi. Sürətli oyunçularımız var. İlk hissədə istədiyimizi ala bilmədik. İkinci hissədə oyun sistemini dəyişdik. Komanda bu gün xarakter göstərdi. 8-ci oyunumuzdur ki, geridönüş edirik. Bu, məni sevindirir. Marafonun finişinə yaxınlaşırıq. Artıq 11 addım qalıb. İstəməzdim uşaqların əziyyəti hədər getsin. Hər komandanın xal itirmək ehtimalı var".

Apasport.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 25-ci turunun "Qəbələ" ilə matçından (3:2) sonra "Səbail"in baş məşqçisi Şahin Diniyev deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:


- İkinci hissənin əvvəlində riskli dəyişillik etdiz. Həmin an nə düşündünüz?
- Düzgün analiz etdiniz. Gözümün önünə alıb riski etdim. Risk etməsəydim, çətin olacaqdı. Bu gün risk özünü doğrultdu. Bunun nəticəsində qollar gəldi.

- Artıq 2-ci pillədəsiz. Bu, təzyiq yartamır?
- İkinci yerə qalxmaq asandır. Burada qalmaq isə çox çətindir. Rəqiblərin hər biri yüksək səviyyədə olan komandalardır. Bu gün çempionatda rəqabət var. "Qarabağ"ın Avropada uğurlu çıxışında bunun da rolu var. Artıq "Qarabağ" çempiponatda tək ayaqla oynayıb qələbə qazanmır.

- Rəqib qırmızı vərəqə almadan əvvəl nə düşünürdünüz? Həmin an heç-heçəyə razı idiz?
- Hər xal bizim üçün dəyərlidir. Amma mən inanırdım ki, qələbə qazanacağıq. Futbolçularımın potensialına bələdəm. Ümumən heç-heçə olsaydı, yenə sevinəcəkdim.

- Növbəti tur "Sumqayıt"la qarşılaşacaqsız. Bu matçdan gözləntiniz nədir?
- Bu mövsüm bircə "Sumqayət"dan xal ala bilməmişik. Bu gün onlar çox yaxşı futbol oynayır. Çətin olacaq. Həmin matçın qalibi demək olmaz ki, nəyisə həll edəcək. Qarşıda oyunlar çoxdur.

- "Qarabağ"ı udmağın resepti var?
- Var, niyə yoxdur ki? "Qarabağ"ı udmaq olar. Bir dəfə udmuşuq, bir dəfə heç-heçə etmişik. Bəli, "Qarabağ" çox yaxşı komandadır, Qurban Qurbanov ölkənin ən yaxşı məşqçisidir. Amma futbolda hər şey olur. İnam lazımdır.

- "Neftçi" - "Qarabağ" matçında kimə azarkeşlik edəcəksiz? Nəzərə alsaq ki, "Neftçi" əsas rəqiblərinizdəndir...
- Komandaya dedim ki, heç vaxt kiminsə uduzmağını istəməyin. Mənim üçün ən vacibi öz komandamın performansıdır. Kiminsə bədbəxtliyinin üzərində xoşbəxtlik qurmaq olmaz. Təcrübəm var. Kiminsə uduzmağını istəmişəm, amma sonra başıma elə iş gəlib ki.

writer photo
İsmayıl Xeyrullayev
0