Samir Abasov: "Neftçi"nin üçüncü qolu məni üzdü"
31.01.2024 - 21:47
Samir Abasov: "Neftçi"nin üçüncü qolu məni üzdü"

"Rəqibi təbrik edirəm. Kubokun birinci oyunu üçün həddən artıq gərgin və maraqlı matç alındı. Əksər hallarda birinci görüşlər sönük keçir. Amma bu gün heç bir komanda uduzmaq istəmirdi. Sanki ən önəmli oyunlarımıza çıxmışdıq. Futbolçularımı təbrik edirəm, ikinci hissə yaxşı oynadılar. 0:3-dən sonra sınan yox, özünə inanan komanda kimi görünürdük. "Neftçi"nin üçüncü qolu məni üzdü. Kadrlara baxdım. Bəlkə bizdəki kadrlar məni yanıldır. Amma məncə orada top çıxmışdı. İkinci oyunumuz var. Yeni meydançamızda oyuna çıxacağıq. İnanıram ki, bu cür oyun sumqayıtlıların oyuna daha çox gəlməsinə səbəb olar".

Apasport.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov ölkə kubokunun "Neftçi" ilə 1/4 final matçından sonra keçirilən mətbuat konfransında deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- İlk yarıda nə çatmadı?
- İlk yarıda orta xətti rəsmən əldən verdik. Belə təzyiqi gözləyirdik. Buna hazır idik. Təzyiqdən çıxa bilmədik. Oyunumuzu rəqibin meydançasına oturda bilmədik. Dəyişikliklərə də ona görə getdik. Bəzi epizodlarda daha yaxşı oynadıq.

- "Kapital Bank Arena"da son oyuna çıxdınız. Burada sizin üçün ən vacib xatirə hansıdır?
- Sırf oyuna köklənmişəm, oyundan çıxmışıq, fikrim oyunda idi. Çox çətindir. Burada "Qarabağ"ı yarımfinalda keçmişdik. Özüm burada yox idim. "Qarabağ"ı keçməyimizin səbəbi də, sırf mənim burada olmamağım idi (gülür). Uşaqlar rahat oynayıb, keçdilər. Bu xəbəri səfərdə olanda almışdım. Burada yaddaqalan, yaxşı oyunlarımız olub. "Sumqayıt"ın bu stadionda yaddaqalan matçları çoxdur. Sadəcə onların içində seçəcəyim oyun üçün gərək mənə vaxt verəsiz.

writer photo
İsmayıl Xeyrullayev
0