Sanço "Borussiya" yolunda
02.01.2024 - 22:53
"Mançester Yunayted"in hücumçusu Ceydon Sanço Almaniyaya qayıda bilər.
Apasport.az xəbər verir ki, "qırmızı şeytanlar" Dortmund "Borussiya"sı ilə futbolçunun mövsümün sonuna qədər icarəyə götürülməsiylə bağlı danışıqlar aparır.
Futbolçunun özü 2017-21-ci illərdə çıxış etdiyi komandaya qayıtmağa hazırdır. Transferin ümumi məbləği 3,5 milyon avro təşkil edəcək.
Qeyd edək ki, Sanço ingiltərəlilərin baş məşqçisi Erik ten Haqla münaqişə yaşadığı üçün forma şansı qazanmır.
- Henninq Berq: “Sabahkı oyunu səbirsizliklə gözləyirik”
- Sərxan Hacıyev: “Lisenziyalaşdırma ilə bağlı müəyyən qaydalar təsdiq olundu“
- "Qarabağ"da yol ayrımı: daha bir legioner Avropa yolunda
- “Gözünüz aydın, kişilər, müharibə bitdi” – Daşqın Əzizin müharibə xatirələri
- İtaliya derbisində sevinən tərəf “İnter” oldu
0
0