“Sumqayıt” Premyer Liqa klubunun kapitanını istəyir - ÖZƏL
13.06.2025 - 20:27
"Kəpəz"də kapitanlıq sarğısı daşımış Yeqor Xvalko yeni mövsümə də Azərbaycanda başlaya bilər.
Apasport.az saytına verilən məlumata görə, belaruslu futbolçuya "Sumqayıt"da oynamaq təklif edilib.
Xvalko özü də Azərbaycanda qalmağa müsbət yanaşdığı üçün "kimyaçılar"ın təklifini dəyərləndirməyi planlaşdırır.
Amma onu qərarından döndərə biləcək digər təkliflər də mövcuddur. Belə ki, İsrailin "Hapoel Petak-Tihva" klubu Yeqor üçün hərəkətə keçib.
Qeyd edək ki, 28 yaşlı müdafiəçi 3 il "Kəpəz"də oynayıb.
- Azər Bağırov: “Bu gün bizim günümüz deyildi”
- Elhad Nəziri: "Laynsman deyir ki, autdur, amma baş hakim rəqib komandanın lehinə qərar verir"
- "Qızıl top" üçün 30 namizəd - SİYAHI
- II Liqa: "Şahdağ Qusar" və "Dinamo"dan səfər qələbəsi, İmişlidə bərabərlik
- "Mançester Siti" və "Real" sensasiyaya imkan vermədi
0
0