Sabah UEFA Çempionlar Liqasında "Qarabağ" növbəti matçına çıxacaq. Azərbaycan təmsilçisi "Nyukasl"ı qəbul edəcək.
Apasport.az saytının əldə etdiyi məlumata görə, Ağdam klubunun heyətində yalnız bir itki var.
Komandanın əsas qapıçısı Mateuş Koxalskinin zədəsi davam edir. "Qarabağ"ın tibb heyəti qolkiperin "Nyukasl"la görüşdə oynaması üçün bərpa prosesini davam etdirirlər.
Koxalskinin sabah keçiriləcək matçda iştirak edib-etməyəcəyi oyunöncəsi məşqdə bəlli olacaq.
"Qarabağ"ın heyətində başqa itki yoxdur. Koxalski hazır olarsa, Ağdam təmsilçisi görüşə tam heyətlə çıxacaq.
Xatırladaq ki, "köhlən atlar"ın son matçında da Mateuş iştirak etməyib. "İmişli" ilə oyunda onu Fabian Buntiç əvəzləyib.
Qeyd edək ki, sabah keçiriləcək "Qarabağ" - "Nyukasl" matçı saat 21:45-də keçiriləcək.
- Tofiq Musayev ilk raundda məğlub oldu
- Batumidə “Grand Bellagio Championship-2" kikboksinq turniri keçirilib
- Prezident İlham Əliyev “Formula 1”in prezidenti və baş icraçı direktorunu, məsləhətçisini və britaniyalı supermodeli qəbul edib
- “Qarabağ”dan səfər qələbəsi - YENİLƏNİB
- Filip Kostiç rəsmən "Fənərbaxça"da