“Turan Tovuz”un futbolçuları azarkeşlərə hücum çəkdi
05.04.2025 - 22:21
Bu gün Misli Premyer Liqasında XXIX tura start verilib.
Apasport.az xəbər verir ki, “Səbail” “Turan Tovuz”u qəbul edib.
Matçdan sonra qonaqların futbolçusu Veysəl Rzayevlə komandanın azarkeşləri arasında dava düşüb.
Azarkeşlər oyunçulara “Niyə “Qarabağ”la oynadığınız kimi oynamırsız? Yoxsa, oyunu satmısız?” sualını ünvanlayıblar. Yarımmüdafiəçi bu sözdən sonra fanatların üzərinə hücum çəkib.
Mühafizəçilərin müdaxiləsindən sonra onları sakitləşdirmək mümkün olub.
Həmin andan görüntüləri təqdim edirik. Qeyd edək ki, video “sport1.az”a məxsusdur.
- İqor Mitreski: “Neftçi” barədə nə deyim? Çətindir, çətin”
- “Vestri”nin baş məşqçisi: “Qarabağ” fantastik oynadı
- "Beşiktaş" Kayseridən 1 xalla qayıdır
- Kristian Avram: "İqorla bir-birimizi bir az anlaya bilmədik" - MÜSAHİBƏ
- Qurban Qurbanov: "Bu turnirdə keçirdiyimiz matçlar bizim üçün böyük təcrübə oldu"
0
0