
Misli Premyer Liqası təmsilçisi “Kəpəz”də növbəti ayrılıq baş verib.
Apasport.az-ın əldə etdiyi məlumata görə, hələ mövsümün əvvəlində Adil Şükürovla klub rəhbərliyinin ortaq qərarı nəticəsində Vurğun Hüseynov komandada qalmışdı.
Lakin baş məşqçi Adil Şükürovun komandadan ayrılmasıyla birlikdə Vurğun da "Kəpəz"də qalmayıb.
Saytımıza daxil olan məlumata görə təcrübəli müdafiəçinin yeni iş yeri də artıq bəllidir. O, karyerasına məşqçi kimi davam edəcək.
Hüseynov bir neçə gündür ki, “Sumqayıt” U-15-in köməkçi məşqçi vəzifəsində çalışır.
Qeyd edək ki, Vurğun 2013-23-cü illərdə bu klubun futbolçu kimi şərəfini qoruyub.
- Fatih Terimli “Panatinaikos”dan qollu sülh
- Rəşad Sadıqov: "Bərabərlik bizim üçün qızıla bərabər idi"
- Ruslan Qafitullin: “Unutmayın ki, 3 oyunu "Qarabağ"la oynamışıq”
- Fernandu Santuş: "Qol buraxan kimi həvəsdən düşürlər"
- Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib