Basketbol məşqləri üçün seminar keçirildi
28.03.2024 - 20:29
Bu gün Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə uşaq basketbolu məşqçiləri üçün seminar-təlimlərə start verilib.
Apasport.az xəbər verir ki, təlimdə Bakı şəhərini və respublikanın digər regionlarını təmsil edən 116 nəfər məşqçi iştirak edir.
Seminarın yekununda iştirakçılar nəzəri və praktiki hazırlıq üzrə imtahanda iştirak edəcəklər. Təlim tədris imtahanlarından müvəffəqiyyətlə keçən məşqçilər "C" kateqoriyalı sertifikat ilə təltif olunacaqlar.
Qeyd edək ki, seminar 3 gün davam edəcək.
- Koffidən "Neftçi"yə rest: "Yaxşı təklif alsam, gedəcəm"
- Avropa klubunun rəsmisindən Yusif İmanov transferinə münasibət: "Biz onun klubuna təklif göndərdik"
- "Köhlən atlar" Qarabağ Universitetinə səfər ediblər
- 3 yaş qrupu üzrə Cüdo Liqaları keçiriləcək
- Miodraq Bojoviç: "Növbəti oyunlara dair şanslarımız daha yaxşıdır"
0
0