Basketbol üzrə Azərbaycan kubokunda qrup mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, B qrupunda 2 matç keçirilib.
Hər iki görüş “Sərhədçi” İdman Mərkəzinin meydanına baş tutu. “Gəncə” "Şəki"ni məğlub edib.
Ardından “Sabah”la NTD-İNDİQO arasında oyun keçirilib. Çempion "Sabah" güclü rəqibinə uduzaraq, qrup mərhələsini 3-cü pillədə başa vurub.
Qeyd edək ki, A qrupunda “Neftçi” və “Xəzri”, B qrupunda isə NTD-İNDİQO ilə "Sərhədçi" yarımfinala yüksəlib.
Azərbaycan kuboku
27 mart
B qrupu, V tur
“Gəncə” – “Şəki” - 85:78 (26:16, 23:17, 15:23, 21:22)
“Sabah” – NTD-İNDİQO - 85:89 (16:24, 23:20, 25:20, 21:25)