"Sabah bizi maraqlı və gözəl oyun gözləyir. Çünki növbəti mərhələyə vəsiqə qazana bilərik. Bir həftə öncə təəssüf ki, Bakıdakı matçda rəqibi məğlub edə bilmədik".
Apasport.az xəbər verir ki, bu sözləri Avropa Liqasının 1/8 final mərhələsinin "Bayer"lə cavab matçından öncə ağdamlıların qolkiperi Andrey Lunyov deyib. O, mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb:
- Mərhələni keçmək şansını necə dəyərləndirirsən?
- Şanslar 50/50-dir. Bu, futboldur, oyun 90 dəqiqədir. Hər iki komandada 11 nəfər oynayır. Sabah əlimizə düşən fürsətdən istifadə etməyə, öz oyunumuzu oynamağa çalışacağıq.
- "Bayer"də çıxış etmisən. Onlara qarşı oynamaq sənin üçün xüsusi motivasiyadır?
- Hər oyuna xüsusi motivasiya ilə çıxıram. Sabahkı oyun çox vacibdir. Məşqçilər korpusu rəqibi analiz edib bizə məlumatlar verir. Bu komandaya qarşı oynamışıq, rəqibi çox gözəl tanıyırıq. Meydana yüksək motivasiya ilə çıxıb yaxşı oyun göstərəcəyik.
- "Zirə" düşərgəsində şad xəbər - YARIMMÜDAFİƏÇİ KOMANDAYA QAYITDI
- Yüksək Liqa: "Neftçi" rəqib qapısından 36 top keçirdi
- Kazemiro "Qalatasaray"a transfer olmağı düşünmür
- Tərlan Əhmədov Azərbaycan millisinə inanır: “Üstünlüyün bizim tərəfimizdə olduğunu düşünürəm”
- Renat oynadı, komandası mübarizəni dayandırdı