İlham Zəkiyev yenidən fəxri kürsüdə
07.09.2024 - 18:51

Paris-2024 paralimpiya oyunları davam edir.
Apasport.az xəbər verir ki, bu gün cüdo yarışlarında növbəti çəkilərin qalibləri bəlli olur.
90+ kq çəkinin J1 kateqoriyasında çıxış edən İlham Zəkiyev 1/4 finalda fransalı Ceyson Qrandraya uduzub. Buna baxmayaraq o, təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Burda niderlandlı Daniel Kneqtə qalib gələn Zəkiyev bürünc uğrunda həlledici görüşə vəsiqə qazanıb.
Təmsilçimiz monqolustanlı Qanbat Dashtsereni də məğlub edərək 3-cü pillənin sahibi olub.
- Azər Bağırov: “Mənə necə deyə bilərsən ki, əlini aşağı sal?”
- İngiltərə klubu sabiq “Fənərbaxça”lını istəyir
- Adil Şükürov: “Fikrimcə, Azərbaycan millisi birincilik uğrunda gərgin mübarizəyə qoşula biləcək”
- "Napoli" Kvaratsxeliya ilə danışıqlara başlayacaq
- FİFA 2023-cü ilin ən yaxşılarını açıqladı: Messi “The Best”i qazandı
0
0