UFC: Azarkeşlər üçün açıq təntənəli çəkiölçmə mərasimi keçiriləcək
19.06.2025 - 15:52
UFC: Azarkeşlər üçün açıq təntənəli çəkiölçmə mərasimi keçiriləcək

20 iyun 2025-ci il tarixində Bakıda keçiriləcək “UFC Fight Night: Hill vs Rountree Jr.” döyüş həftəsində azarkeşləri daha bir möhtəşəm tədbir – təntənəli çəkiölçmə mərasimi gözləyir.

Apasport.az xəbər verir ki, saat 17:00-dan etibarən UFC döyüşçüləri səhnəyə çıxaraq, azarkeşlərin suallarını cavablandıracaqlar.

Tədbir Baku Crystal Hall-da baş tutacaq və azarkeşlər üçün açıq olacaq. Saat 18:00-da isə oktaqonda qarşılaşacaq döyüşçülərin təntənəli çəkiölçmə mərasimi başlayacaq. Üzləşmə mərasimi baş tutacaq və döyüş öncəsi son açıqlamalar veriləcək. 

Qeyd edək ki, tədbirə giriş sərbəstdir.