Rusiya millisində ayrılıq
12.02.2025 - 11:26
Rusiya millisində ayrılıq

Bədii gimnastika üzrə Rusiya milli komandasında ayrılıq baş verib.

Apasport.az xəbər verir ki, yığmanın baş məşqçisi İrina Viner postunu tərk edib.

Bunu mütəxəssisin özü açıqlayıb. O, bildirib ki, topladığı təcrübəni yeni məşqçilərə ötürmək niyyətindədir.

"Bədii gimnastika mənim həyatımdır. Xoşbəxtəm ki, bu gözəl idman növünün inkişafına öz töhfəmi verə bildim. Buna baxmayaraq, bədii gimnastika üzrə Rusiya milli komandasının baş məşqçisi vəzifəsindən istefa verirəm".

Qeyd edək ki, 76 yaşlı mütəxəssis 2001-ci ildən yığmanı çalışdırırdı.