"Bakı"nın avrokubok oyunlarının vaxtı bəlli oldu
01.09.2024 - 14:50
Kişi həndbolçulardan ibarət “Bakı” klubunun Avropa kubokunda keçirəcəyi oyunların yeri və vaxtı dəqiqləşib.
Apasport.az xəbər verir ki, 2-ci mərhələdən mübarizəyə başlayacaq təmsilçimiz hər iki görüşü rəqib meydanında keçirəcək.
Paytaxtın eyniadlı təmsilçisi bu raundda Monteneqronun “Lovçen-Çetinye” klubu ilə görüşəcək. Oktyabrın 26-da və 27-də keçiriləcək görüşlər “Lovçen” İdman Kompleksində baş tutacaq.
İlk görüşdə “Bakı” nominal meydan sahibi olacaq. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
- Samir Abasov: “Sadəcə bunu açıqlaya bilmərəm”
- Qurban Qurbanov: “Bunlar elə elementlərdir ki, aradan qaldırmaq rahatdır”
- Avropa klubunun rəsmisindən Yusif İmanov transferinə münasibət: "Biz onun klubuna təklif göndərdik"
- “Fənərbaxça” Trabzondan 3 xalla dönür
- “Qarabağ” “Kəpəz”i məğlub etdi - YENİLƏNİB
0
0