Yığmamız İordaniyanı məğlub etdi
11.09.2024 - 22:23
Yığmamız İordaniyanı məğlub etdi

Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.

Apasport.az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət yığması ilk tura İordaniya ilə üz-üzə gəlib.

Şahmatçılarımız 3,5:0,5 hesablı qələbə qazanıblar. Qrossmeysterlərimizdən yalnız Şəhriyar Məmmədyarov xalları yarıya bölüb.

45-ci Şahmat Olimpiyadası
11 sentyabr
Kişilər
Azərbaycan - İordaniya - 3,5:0,5

Aydın Süleymanlı – Əl Hatib-Əhməd - 1:0
Nicat Abasov – Samir Loay - 1:0
Rauf Məmmədov – Malik Saef - 1:0
Şəhriyar Məmmədyarov – Anas Hvaira - 0,5:0,5

writer photo
İsmayıl Xeyrullayev
0