Arda oynadı, “Real” finala yüksəldi
11.01.2024 - 01:44
İspaniya Superkubokunda yarımfinal mərhələsinə start verilib.
Apasport.az xəbər verir ki, "Real" "Atletiko" ilə qarşılaşıb.
Madrid derbisi bol qollu keçib. Matçın əsas vaxtında tərəflər hərəyə 3 qol vurub. Arda Gülərin də meydana daxil olduğu əlavə vaxtda isə "kral klubu" daha 2 dəfə fərqlənərək qələbə qazanıb - 5:3.
Qeyd edək ki, "Real"ın finaldakı rəqibi "Barselona" - "Osasuna" görüşünün qalibi olacaq.
- Tərlan Əhmədov Azərbaycan millisinə inanır: “Üstünlüyün bizim tərəfimizdə olduğunu düşünürəm”
- FIA 2025-ci il Formula 1 Dünya Çempionatı üçün media akkreditasiya qaydalarını açıqlayıb
- De Yonq “Barselona”da qalacaq
- Rafael Ağayev Kimdir? Dünya İdmanının "Qara Brilyant"ı
- “Araz-Naxçıvan”: 22 komanda arasında 14-cü
0
0