DÇ-2026-nın seçmə mərhələsinin növbəti matçları keçirilib.
Apasport.az xəbər verir ki, son dünya çempionu Argentina məğlub olub.
Lionel Skaloninin yetirmələri səfərdə Kolumbiya ilə qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə nəticələnib - 2:1.
Cənubi Amerikanın daha bir nəhəngi Braziliya millisi Paraqvayla üz-üzə gəlib. "Sambaçılar" oyundan minimalhesablı məğlubiyyətlə ayrılıb - 0:1.
Bu gün baş tutan digər matçlarda Boliviya Çilini (2:1), Ekvador Perunu (1:0) üstələyib. Venezuela Uruqvay matçında isə hesab açılmayıb - 0:0.
Qeyd edək ki, Argentina 8 oyundan sonra 18 xalla liderdir. Beşqat dünya çempionu Braziliya isə 10 xalla beşinci pillədə qərarlaşıb.