"Bornmut"un futbolçusu ən yaxşı seçildi
12.01.2024 - 21:26
Premyer Liqada dekabr ayının ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, bu ada "Bornmut"un hücumçusu Dominik Solanke layiq görülüb.
Bu, 26 yaşlı forvardın karyerasında ilk belə mükafatdır. Solanke ötən ay 6 matçda 6 qol vurub. Onun komandası dörd qələbə qazanıb, bir heç-heçə edib və bir məğlubiyyət alıb.
Qeyd edək ki, ingilis hücumçu 2017-2018-ci il mövsümündə "Liverpul"da çıxış edib.
- Böyük ümidlərlə gəlmişdi: ”Qarabağ” gözdən çıxardı
- Tərlan Əhmədov: “Kəpəz”də çörəkpulu qazanan insanların bəziləri mənim arxamca danışır”
- Ovusu Kvabena Azərbaycan yolunda - DANIŞIQLAR DAVAM EDİR
- Kurban Berdıyev: "Topun xətti keçməsi videotəkrarda görünmədi"
- Cümə axşamı Çempionlar Liqası: Təqvim bəlli oldu
0
0