"Çelsi" Deyvis və Kerkezlə maraqlanır
12.02.2024 - 21:56

"Çelsi" heyətini gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, londonlular müdafiənin sol cinahına futbolçu axtarışlarına start verib.
"Zadəganlar" “Bavariya”nın oyunçusu Alfonso Deyvislə maraqlanır. Lakin münhenlilər kanadalını buraxmağı düşünmür.
Belə olan halda ingiltərəlilər “Bornmut”un müdafiə oyunçusu Miloş Kerkezi nəzərdən keçirir. "Çelsi" artıq “albalılar”ın Premyer Liqa matçlarına skautlarını yollayıb.
Qeyd edək ki, daha öncə "Bavariya"nın Deyvisi heyətində saxlamaq istədiyi haqda məlumatlar yayılmışdı.
- Ölkə birinciliyinin qalibləri müəyyənləşdi
- De Bruyne 3-cü pilləyə yüksəldi
- "Turan" FK-a məxsus Hünər təlim-məşq bazasının ilk təbii örtüklü meydançasının açılışı olub - VİDEO
- Prezident İlham Əliyev “Formula 1”in prezidenti və baş icraçı direktorunu, məsləhətçisini və britaniyalı supermodeli qəbul edib
- "Kəpəz"in yeni baş məşqçisi RƏSMİLƏŞDİ
0
0