"Fənərbaxça" yenidən lider oldu
24.02.2024 - 23:24
Türkiyə Super Liqasında 27-ci turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, “Fənərbaxça” da növbəti matçına çıxıb.
İsmail Kartalın yetirmələri əsas vaxta əlavə olunmuş dəqiqələrdə həlledici qolu vurublar. Batşuayi penaltini dəqiq yerinə yetirə bilməsə də, təkrar zərbə ilə topu qapıdan keçirib – 2:1. Qazanılan 3 xal “Fənərbaxça”nı lider edib.
Qeyd edək ki, istanbullular 70 xal ilə 1-ci pillədə qərarlaşıb.
0
0