Hakimi "Real"ın hədəfində
06.03.2024 - 21:20

"Real" heyətini gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, klub yay transfer pəncərəsində PSJ-nin müdafiəçisi Əşrəf Hakimini rənglərinə bağlamaq istəyir.
Madridlilər Ceremi Frimponqun transferi ilə bağlı "Bayer"lə razılığa gələ bilməsə, gözlərini mərakeşliyə çevirəcək. Onunla "Mançester Siti"nin də maraqlandığı bildirilir.
Qeyd edək ki, Hakimi bu mövsüm parislilərin heyətində bütün turnirlərdə 28 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.
- “Qəbələ”nin yeni transferi: “İşimizə peşəkar və çox ciddi yanaşırıq”
- “Formula 1” Qatar Airways Azərbaycan Qran-prisi 2024-ün kuboku “Odlar Yurdu”na həsr edilib
- Saşa Boy 1 ay yaşıl meydanlardan uzaq qalacaq
- “Səbail”in matçının saatı müəyyənləşdi
- Xalidu Sissoko: "Azərbaycanda oynamış ən yaxşı seneqallı futbolçu mənəm"
0
0