Kruniç rəsmən "Fənərbaxça"da
13.01.2024 - 21:22
"Fənərbaxça" növbəti transferini reallaşdırıb.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Türkiyə təmsilçisi “Milan”ın yarımmüdafiəçisi Rade Kruniçi heyətinə qatıb. İcarə müqaviləsində tamhüquqlu transfer etmək imkanı da yer alıb. Futbolçu bu gün tibbi müayinədən keçib.
Qeyd edək ki, 30 yaşlı bosniyalı 2019-cu ildən "Milan"da çıxış edir. O, “rossonyerilər”in heyətində 139 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.
- Lamiyə Vəliyeva Kimdir? İkiqat Paralimpiya Çempionumuz Barədə Bilmədiklərimiz
- “Lənkəran”dan yeni transfer
- Qubada cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokunun açılış mərasimi keçirilib
- Sedat Saini: "Bayer"ə ən çətin anlar yaşadan komanda "Qarabağ" idi"
- Azər Bağırov: “Meydanda görmək istəmədiyimiz hallar var”
0
0