Leminadan Bupendza paylaşımı - FOTO
16.04.2025 - 16:57
Leminadan Bupendza paylaşımı - FOTO

Daha öncə xəbər verdiyimiz kimi, Aaron Bupendza dünyasını dəyişib.

Apasport.az xəbər verir ki, "Qalatasaray"ın futbolçusu Mario Lemina da onun vəfatı ilə bağlı paylaşım edib.

Qabonlu yarımmüdafiəçi sabiq komanda yoldaşı haqda bunları yazıb:

"Bu gün çox əsəbiyəm. Ümid edirəm ki, özlərini qardaş, dost və ya başqası adlandıran, sizə tövsiyələr verən insanlar ailənizdən üzr istəyəcəklər. Çünki bu gün hamımız özümüzü günahkar hiss etməliyik".

Xatırladaq ki, daha öncə 28 yaşlı futbolçunun intihar etdiyi ehtimal olunurdu. Lakin araşdırmalardan sonra futbolçunun qətlə yetirildiyinə dair şübhələr yaranıb. 

Qeyd edək ki, Bupendza və Lemina Qabon milli komandasında birlikdə çıxış ediblər.