"Liverpul" 10-cu dəfə kubokun qalibi oldu
25.02.2024 - 23:15
İngiltərə Liqa kubokunun 2023/24 mövsümünün qalibi bəlli olub.
Apasport.az xəbər verir ki, finalda “Liverpul” "Çelsi" ilə qarşılaşıb.
Görüşün əsas vaxtında qalib müəyyənləşməyib. 118-ci dəqiqədə Virgil van Deyk dəqiq zərbə ilə mersisaydlara qələbə qazandırıb - 1:0.
Bununla da, “Liverpul” tarixində 10-cu dəfə Liqa kubokunun qalibi olub. “Qırmızılar” bu göstəricidə rekordçudur.
Qeyd edək ki, “Mançester Siti” 8, “Mançester Yunayted” 6 dəfə kuboku başı üzərinə qaldırıb. “Çelsi” isə 5 dəfə turnirdə qalib olub.
0
0