"Liverpul" "16"ya çatdı
07.01.2024 - 22:54
"Liverpul" uğurlu çıxışını davam etdirir.
Apasport.az xəbər verir ki, mersisaydlılar İngiltərə Kubokunda "Arsenal"ı məğlub edib - 2:0.
Bununla da, komandanın ölkəmiqyaslı turnirlərdə məğlubiyyətsiz oyunlar seriyası 16-ya çatıb. Yürgen Kloppun yetirmələri İngiltərədə sonuncu dəfə "Tottenhem"ə uduzub - 1:2.
Həmin vaxtdan bəri "Liverpul" yalnız Avropa Liqasında məğlub olub. "Qırmızılar" "Tuluza" (2:3) və "Union"la (1:2) matçlarda xalsız qalıb.
Qeyd edək ki, mersisaydlılar yanvarın 10-da Liqa Kubokunda evdə “Fulhem”lə qarşılaşacaq.
0
0