"Nyukasl" lideri ilə yollarını ayırmağa hazırdır
06.02.2024 - 20:04
"Nyukasl"da ayrılıq baş verə bilər.
Apasport.az xəbər verir ki, Bruno Gimarayş komandanı tərk etməyə yaxındır.
Klub rəhbərliyi yarımmüdafiəçi ilə yollarını ayırmağa hazırdır. "Sağsağanlar" braziliyalı üçün 100 milyon avroluq təklif alarsa, onu satacaq.
Bildirilir ki, 26 yaşlı futbolçu "Real" və PSJ-nin maraq dairəsindədir. Avropa nəhəngləri yayda onu heyətlərinə qatmaq üçün mübarizə apara bilər.
Qeyd edək ki, Gimarayş 2022-ci ildən "Nyukasl"da çıxış edir.
0
0