Okan Buruk: “Startdan sona qədər rahat matç oldu”
22.09.2024 - 00:53
Türkiyə Super Liqasının VI turunda "Qalatasaray" "Fənərbaxça"nı məğlub edib - 3:1.
Apasport.az xəbər verir ki, matçdan sonra "Cimbom"un baş məşqçisi Okan Buruk yerli mətbuata açıqlama verib.
"Çox xoşbəxtik. Bura gələn bütün azarkeşlərimizə təşəkkür edirəm. Səfərdə "Fənərbaxça"nı məğlub etmək onlar üçün çox önəmli idi. Startdan sona qədər rahat qarşılaşma oldu.
Oyunun sonlarında hesabı qorumağa çalışdıq. Rəqib təzyiq etməyə çalışdı. Lakin önəmli və dəyərli bir qələbə qazandıq. Matç təmiz keçdi. Hakimlər görüşü yüksək səviyyədə keçirdi. Burdan mənfi hadisə yaşamadan ayrılacağıq".
- “Araz-Naxçıvan”da 2 itki
- “Bakı yarışının qadın marşalları idman dünyası üçün yeni ilham mənbəyi olacaq”
- Yüksək Liqa: "Neftçi" rəqib qapısından 36 top keçirdi
- Fərrux Mahmudov: “İki futbolçuya təklif göndərilib, cavab gözləyirik”
- Rüfət Abdullazadə: “Erzurumspor”la danışıqlar olmuşdu, amma yekunda “Səbail”də qalası oldum”
0
0