Politano Səudiyyə Ərəbistanı yolunda
05.01.2024 - 23:55
Daha bir futbolçu Səudiyyə Ərəbistanına yollana bilər.
Apasport.az xəbər verir ki, "Əl-Şəbab" Matteo Politanonun xidmətində maraqlıdır.
Ərəblər "Napoli"nin futbolçusunu heyətinə qatmaq üçün fəal cəhdlər edir. Səudiyyə klubu 30 yaşlı oyunçu üçün 12 milyon avro təklif edib.
Neapollular isə Politanonu komandada saxlamaq niyyətindədir. "Napoli" Matteo ilə müqavilənin 2027-ci ilə qədər uzadılması ilə bağlı danışıqlar prosesinə başlayıb.
Qeyd edək ki, onun italiyalılarla hazırkı sözləşməsi 2025-ci ilin yayına qədərdir.
- İqor Mitreski: "Neftçi"siz avrokuboklar maraqsızdır"
- Nagelsmann "Barselona"ya keçidini real saymır
- Rüfət Abdullazadə: “Erzurumspor”la danışıqlar olmuşdu, amma yekunda “Səbail”də qalası oldum”
- "Qarabağ"ın forvardı getmək istəyir, meneceri komanda tapa bilmir - ÖZƏL
- “Vest Hem”in hücumçusu Premyer Liqa klublarının hədəfində
0
0