Qvardiolanın milli komanda arzusu
22.02.2024 - 23:12
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola arzusunu açıqlayıb.
Apasport.az xəbər verir ki, o, yığmada işləmək istəyindədir.
Bunu mütəxəssis özü açıqlayıb. Qvardiola işləmək istədiyi ölkənin adını söyləməyib:
“Mən dünya və Avropa çempionatlarında, Amerika kubokunda iş təcrübəsi qazanmaq istərdim. Bunu sınamaq istəyirəm. 5, 10, 15 ildən sonra yığma komanda ilə titul uğrunda yarışmaq arzusundayam. Milliyə gəlincə, bilmirəm kim məni dəvət edərdi”.
Qeyd edək ki, o, “Mançester Siti”dən öncə “Barselona və “Bavariya”da çalışıb.
0
0