"Real"da müdafiəçi problemi davam edir
07.02.2024 - 21:55
"Real"da müdafiəçi problemi davam edir

"Real"da itkilər davam edir.

Apasport.az xəbər verir ki, komandada müdafiəçi problemi yaşanır.

"Kral klubu"nun bu gün baş tutan məşqində arxa xətt oyunçularının heç biri ümumi qrupda yer almayıb. Antonio Rudiger fərdi proqram üzrə meydanda, Naço Fernandes idman zalında məşq edib. David Alaba və Eder Militao isə bərpa prosesini davam etdirirlər.

Qeyd edək ki, "Real" İspaniya çempionatının turnir cədvəlinə 23 turdan sonra 58 xalla başçılıq edir.

writer photo
İsmayıl Xeyrullayev
0