“Sevilya” mövsümün sonunu gözləyir
10.02.2024 - 20:50
“Sevilya” mövsümün sonunu gözləyir

“Sevilya” Serxio Ramos və Xesus Navasla bağlı qərarını mövsümün sonunda verəcək.

Apasport.az xəbər verir ki, La Liqa təmsilçisinin rəhbərliyi çempionatın sonunu gözləməyi məqsədəuyğun sayıb.

Buna komandanın turnir cədvəlindəki durumu səbəb olub. 23 turdan sonra 15-ci pillədə olan “Sevilya” aşağı liqaya yuvarlanma zonasından cəmi üç xal uzaqdadır. Hər iki müdafiəçi klubda qalmağa razıdır. Lakin Ramos müqavilənin şərtlərinin dəyişdirilməsini istəyir.

Qeyd edək ki, La Liqanın cari mövsümündə Ramos 13, Navas 16 matç keçirib. Serxionun hesabında 1 qol da var.

writer photo
İsmayıl Xeyrullayev
0