“Fənərbaxça” rəhbərliyi etiraz üçün TFF-yə yollanıb.
Apasport.az xəbər verir ki, qurum bununla bağlı bəyanat yayıb.
Bəyanatda bildirib:
“İşimizə başladığımız gündən türk futbolunu tərəfsiz, hər kəsə bərabər səviyyədə yanaşaraq yolumuza davam edirik. Hər fürsətdə danışıqlara açıq olduğumuzu və qapımızın bütün klublara açıq olduğunu bildirmişik.
Ölkəmizin köklü klublarından olan “Fənərbaxça”nın görüş tələbinə də eyni prizmadan yanaşdıq və qapımızın açıq olduğunu söylədik.
Lakin təəssüf hissi keçirərək görürük ki, klub sosial şəbəkə hesablarında “hesab vaxtıdır” ifadəsi ilə paylaşım edib. Bunun futbolumuzda ehtiyac gördüyümüz danışıqlar ortamına qatqı verməyəcəyini bildiririk.
Federasiyamız “hesab vermə kürsüsü” deyil. Bura türk futbolunun inkişafı üçündür”.
- “Qəbələ”nin yeni transferi: “İşimizə peşəkar və çox ciddi yanaşırıq”
- Asif Məmmədov: "Karyeramı sonlandırmaq barədə fikirləşirəm"
- Səbuhi Abdullazadə: "İstəməzdik ki, belə olsun"
- Arda oynadı, komandası qələbə qazandı
- "Zaqatala"nın baş məşqçisi: "Yaxşı heyət yığmaqla komanda oyunu nümayiş etdirmək fərqli şeylərdir"