“Vest Hem” tarixinin rekordu
15.03.2024 - 21:27
Ötən gün Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları keçirilib.
Apasport.az xəbər veir ki, İngiltərənin “Vest Hem” klubu Almaniya “Frayburq”unu qəbul edib.
David Moyesin yetirmələri böyükhesablı qələbə qazanıb. Komanda rəqibini 5 cavabsız qolla məğlub edib. Bu, "çəkicçilər"in tarixində avrokuboklarda ən böyükhesablı qələbə olub.
Qeyd edək ki, London klubu tarixində ikinci dəfə avrokuboklarda bir oyunda 5 qol vurub. Komandanın ilk belə matçı 1980-ci ilə təsadüf edib. Həmin vaxt ingilislər “Real Kastilya"nı 5:1 hesabı ilə məğlub edib.
- İsveç kubokunun finalının tarixi dəyişdirildi
- "Şkendiya"nın kapitanı: "Qarabağ" Çempionlar Liqasında oynamağa layiqdir"
- "Zirə"nin futbolçusu uğrunda mübarizə qızışır - "Fənərbaxça", "Beşiktaş" və Fransa nəhəngi...
- Qəzənfər Abbasov MOİK-dən ayrıldı - ÖZÜ AÇIQLADI
- Nazim Əliyev: "Ondansa yerli məşqçiyə uzunmüddətli güvənmək olar"
0
0