Yeni transferi izlədi, “Beşiktaş” qələbə qazandı
05.02.2024 - 01:01
Türkiyə Superliqasında 24-cü tura yekun vurulub.
Apasport.az xəbər verir ki, son oyununda "Beşiktaş" "Trabzonspor"u qəbul edib.
Görüş istanbulluların qələbəsi ilə nəticələnib - 2:0. Semih Kılıçsoy matçda dubl müəllifi olub.
Oyunu tribunadan izləyənlər arasında "qara qartal"a transferi gündəmdə olan Co Vorrel də olub.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Dəmirspor" "Pendikspor"a uduzub - 1:2. Həmyerlimiz görüşə start heyətində başlayıb və sonadək meydanda olub.
0
0