Albaniyadan Zamiq Əliyev və Yusif İmanov barədə açıqlama
13.07.2025 - 10:54
Albaniyanın “Eqnatiya” klubunun idman direktoru Kleydi Zelenay apasport.az saytına açıqlama verib.
Klub rəsmisi millimizin müdafiəçisi Zamiq Əliyevin komandadan ayrılığı və “Sabah”ın sabiq qapıçısı Yusif İmanov məsələsinə aydınlıq gətirib:
“Bəli, doğrudur, Zamiq Əliyev Ukrayna klubuna keçidə yaxındır. O, “Veres”ə keçəcək. Amma detallarla bağlı nəsə deməyim doğru olmazdı. Bu haqda daha sonra danışmaq mümkündür.
Yusif İmanov məsələsinə gəlincə, xeyr, biz onunla müqavilə imzalamamışıq”.
- "Atalanta" Lukman üçün 50 milyon avro tələb edir - "İnter" daha az təklif edir
- AL: “Fənərbaxça” 1/8 finalda, “Qalatasaray” mübarizəni dayandırdı - YENİLƏNİB
- PSJ-nin əsas oyunçusu Səudiyyə Ərəbistanına keçə bilər
- Flik bunu bacaran ikinci alman məşqçidir
- "Barselona" - "İnter" matçı təxirə salına bilər
0
0