
“Turan Tovuz”un futbolçusu Aleks Serrano hazırda bir neçə variant qarşısında qalıb.
Apasport.az saytına verilən məlumata görə, 30 yaşlı yarımmüdafiəçiyə hazırkı klubu yeni kontrakt üçün təklif göndərib. “Turan Tovuz”la müqavilə müddəti gələn ayın sonunda başa çatacaq ispanı “Neftçi” və “Zirə” də heyətinə qatmaq niyyətindədir.
Əldə etdiyimiz məlumata görə, “Zirə” Serranoya daha cəlbedici təklif göndərib.
Üstəlik, “Zirə”nin avrokuboklarda çıxış etməsi Serranonun onların təklifinə müsbət yanaşmasına şərait yaradıb.
Aleks seçimini bu ayın sonunda konkretləşdirəcək.
O, 2023-cü il iyul ayında “Turan Tovuz”la müqavilə imzalamışdı.
Buna qədər isə futbolçu “Sportinq Xixon”, “Malyorka”, “Salamanka”, “Talavera”, “Kornelya”, “Qurnik”, “Hebar” klublarında çıxış edib.
- "Fənərbaxça"dan açıqlama: "Mourinyonun sözləri bilərəkdən təhrif edilib"
- Slavko Vinçiçin derbidən qazandığı məbləğ bəlli olub
- Terim harda, böhran orda: Ərəb klubunda işlər qarışıb
- Samir Musayev: "Qarabağ"ın Çempionlar Liqasında əsas mərhələyə qalacağına inanıram"
- “Liverpul” Virtzə illik 22 milyon ödəyəcək